...

Kerri: Büdcə böhranı ABŞ-ın reputasiyasına zərbə vurdu

Siyasət Materials 25 Oktyabr 2013 04:03 (UTC +04:00)
Konqresdəki büdcə qarşıdurması ABŞ-ın reputasiyasına zərbə vurdu. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Kerri: Büdcə böhranı ABŞ-ın reputasiyasına zərbə vurdu

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Konqresdəki büdcə qarşıdurması ABŞ-ın reputasiyasına zərbə vurdu. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, ABŞ-ın müttəfiqləri və ona çağırış etməyə hazır olanlar ölkədə baş verənləri diqqətlə izləyirlər.

"Bizim Vaşinqtonda etdiklərimiz onları qayğılandırır. Ona görə də, hökumətin bağlanılması kimi özümüzə vurduğumuz zərbə bir daha təkrar olunmamalıdır" - deyə Kerri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti