...

Mübariz Əhmədoğlu: Amulsar qızıl yatağının Azərbaycanın tarixi ərazilərində olmasını Böyük Britaniya və ABŞ siyasətçilərinin bilmələri hədsiz vacibdir

Siyasət Materials 28 Oktyabr 2013 11:31 (UTC +04:00)
Ermənistanın ən son aldatdığı dövlətlərdən biri də Böyük Britaniyadır. Böyük Britaniya şahzadəsi Çarlzın Ermənistana səfəri təşkil olundu və ona ənam kimi Amulsar qızıl yatağı vəd edildi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Amulsar qızıl yatağının Azərbaycanın tarixi ərazilərində olmasını Böyük Britaniya və ABŞ siyasətçilərinin bilmələri hədsiz vacibdir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın ən son aldatdığı dövlətlərdən biri də Böyük Britaniyadır. Böyük Britaniya şahzadəsi Çarlzın Ermənistana səfəri təşkil olundu və ona ənam kimi Amulsar qızıl yatağı vəd edildi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, ilkin sənədləşdirmələr aparılıb, Böyük Britaniya və ABŞ səfirləri Amulsarda olublar: "Onlar hətta Amulsar qızıl yatağının istismarına etiraz edən ekoloqlarla bir neçə dəfə görüşüblər. Yeri gəlmişkən, bu ekoloqlar şahzadə Çarlzın arxa qapıdan çıxıb qaçmasına səbəb olmuşdular. Böyük Britaniyanın Ermənistana marağının artması bu prosesə ABŞ-ın qoşulması, BP-nin bəzi proseslərə münasibət bildirməsi Azərbaycandakı Prezident seçkilərinə Böyük Britaniya və ABŞ-ın mövqeyinin sərtləşməsi ilə paralel baş verir. Faktiki ABŞ-ın Azərbaycana münasibətini Böyük Britaniya müəyyənləşdirir".

Politoloq qeyd edib ki, özünü Azərbaycana dost hesab edən şahzadə Çarlz bu məsələni Amulsar yatağının həqiqi sahibi ilə müzakirə etsə idi daha qısa müddətli effektə nail ola bilərdi.

M.Əhmədoğlunun sözlərinə görə, həqiqət budur ki, Amulsar tarixi Azərbaycan torpağıdır: "Çar Rusiyasının ermənilərə bağışladığı torpaqlardandır. Rusiyanın indiki çarı Putin Bakıda olarkən Azərbaycanın tarixi problemlərinin həll edilməsinin mümkünlüyündən danışdı. Azərbaycanın tarixi problemləri dedikdə əsasən çar Rusiyası dövründə Azərbaycanın itirilmiş torpaqlarının qaytarılması nəzərdə tutulur".

Politoloq hesab edir ki, Rusiya ortalığa elə variant qoya bilər ki, həm Azərbaycan, həm də özü üçün faydalı olsun: "Eləcə də Azərbaycanın yaxın gələcəkdə öz torpaqlarını hərbi yolla işğaldan azad etməsi də gözləniləndir. Müharibə zamanı Ermənistanın buraxdığı səhv ucbatından həmin torpaqların da Azərbaycana qaytarılması şəksizdir. Köməkçilərindən biri Çarlza xəritədə Amulsarın və ya Cermukun Kəlbəcər rayonundan olan məsafəsini göstərsə hər şey aydın olur".

Politoloqun fikrincə, ABŞ Böyük Britaniyanın bu oyununu dəstəkləməklə özünün regional maraqlarına ciddi zərbə vurdu. Ən azı normal məntiqlə yanaşsaq, Ermənistan durduqca ABŞ-ı və Böyük Britaniyanı Azərbaycana təhdid kimi təqdim edə biləcəkdir: "Azərbaycanın strateji məqsədləri və təhdidlərə münasibəti bəllidir. Biz yalnız Azərbaycan üçün təhdid mənbəyi olan Ermənistan sıradan çıxdıqdan sonra Böyük Britaniya-ABŞ duetinə qarşı siyasətimizə yenidən baxa bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti