...

Marqvelaşvili Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

Siyasət Materials 31 Oktyabr 2013 05:41 (UTC +04:00)
Gürcüstanda keçirilmiş prezident seçkilərinin qalibi Georgi Marqvelaşvili Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üzərində işləməyə hazırlaşır.
Marqvelaşvili Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Gürcüstanda keçirilmiş prezident seçkilərinin qalibi Georgi Marqvelaşvili Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üzərində işləməyə hazırlaşır.

Trend-in məlumatına görə, G.Marvelaşvili BBC-yə müsahibəsində bildirib ki, o, Rusiya ilə barışıq üçün "yol xəritəsi"ni tərtib etməyə hazırdır.

Bununla belə, analitklərin sözlərinə görə, onun Avropa İttifaqı ilə ticarət sazişinin imzalanması üzrə planı iki ölkənin münasibətlərinə çətin ki kömək etsin.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2008-ci ilin avqust müharibəsindən sonra pozulub.

Xəbər lenti

Xəbər lenti