Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.Mehdiyev/
NATO-nun ekspert qrupu Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Tərəfdaşlıq Təlim və Təhsil Mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə noyabrın 18-də NATO-nun ekspert qrupunun Azərbaycana səfəri başlayır.
Noyabrın 22-ə kimi davam edəcək səfərdə NATO ekspertlərinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşü keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə ediləcək.