...

Azərbaycan ilə Sudan arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 1 Noyabr 2013 16:07 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Sudan Prezidenti Ömər Əl Bəşirin köməkçisi, Sudan Milli Konqres Partiyasının sədri Nafiə Əli Nafiə Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Sudan arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Sudan Prezidenti Ömər Əl Bəşirin köməkçisi, Sudan Milli Konqres Partiyasının sədri Nafiə Əli Nafiə Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Sudan arasında qarşılıqlı münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Sudan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası ilə Sudan Milli Konqres Partiyası arasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) çərçivəsində yaranmış əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirə aparılıb, qarşılıqlı səfərlərin həm partiyalar, həm də ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə və möhkəmlənməsinə töhfə olacağı bildirilib.

YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da görüşdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti