...

Azay Quliyev Belçika Senatının sabiq sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 1 Noyabr 2013 16:41 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Belçika Senatının sabiq sədri, fəxri spikeri Anne-Marie Lizinlini qəbul edib.
Azay Quliyev Belçika Senatının sabiq sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Belçika Senatının sabiq sədri, fəxri spikeri Anne-Marie Lizinlini qəbul edib.

Şuradan Trend-ə verilən məlumata görə, səmimi qəbula görə təşəkkürünü bildirən xanım A.M.Lizinli A.Quliyevlə ATƏT-dəki birgə fəaliyyətindən məmnun olduğunu ifadə edib.

O, Azərbaycanın sürətli inkişafını maraqla müşahidə etdiklərini, lakin bir çox dairələrin ölkəmizin bu cür hərtərəfli yüksəlişindən narahatlıqlarını gizlətmədiklərini, bu səbəbdən də keçirilən seçkilərə bəzən obyektivlikdən kənar qiymət verdiklərini bildirib.

Belçika Senatının fəxri spikeri Azərbaycanın Cənubi Qafqazın bütün göstəricilərinə görə lider dövləti olaraq hər zaman Avropanın diqqət mərkəzində olduğunu vurğulayıb. O, Azərbaycanın müsəlman ölkəsi olaraq müasir, sivil inkişaf tərzinin rəğbət doğurduğunu və bu dəyərlərin Avropada tanıdılmasının vacibliyini qeyd edib.

A.Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya xəttini seçdiyini və bu münasibətlərdə səmimi olduğunu bildirib.

O, Avropa dövlətlərindən və təşkilatlarından da hər zaman qarşılıqlı və bərabərhüquqlu münasibət gözlədiklərini, bəzi hallarda isə bu gözləntilərin özünü doğrultmadığını qeyd edib.

Görüşdə Şura ilə Fransa və Belçika QHT-ləri arasında birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti