...

MSK: İlkin nəticələrə görə, Emomali Rahmon Tacikistan Prezidenti seçilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Noyabr 2013 09:56 (UTC +04:00)
Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası cümə axşamı ölkə Prezidentinin seçkiləri üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb.
MSK: İlkin nəticələrə görə, Emomali Rahmon Tacikistan Prezidenti seçilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası cümə axşamı prezident seçkiləri üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, ilkin nəticələrə görə, Tacikistan Xalq-Demokratik Partiyasından namizəd, ölkənin hazırkı Prezidenti Emomali Rahmon 3 milyon 23 min səs (83,6 faiz) toplayıb. Beləliklə, Emomali Rahmon Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya tərəfindən Prezident elan edilib.

İlkin nəticələrə görə, İqtisadi İslahatlar Patiyasından namizəd Olimcon Boboyev 140 733 səs (3,8 faiz) toplayıb. Bu barədə jurnalistlərə Tacikistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının rəhbəri Şərmuhəmməd Şohiyen bildirib.

Onun sözlərinə görə, Aqrar Partiyasından namizəd Tolibbek Buxoriyev 166 224 (4,5 faiz), Sosialistlər Partiyasının namizədi Abduhalim Qaffarov 54 148 (1,5 faiz) səs toplayıb.

Demokratik Partiyanın namizədi Saidcafar İsmonova 36 572 seçici (1 faiz) səs verib. Kommunist Partiyasının namizədi İsmoil Talbakov isə 181,5 min (5 faiz) səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti