...

Azərbaycan və İran münasibətləri müzakirə edilib (FOTO)

Siyasət Materials 7 Noyabr 2013 14:47 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan əyalətinin yeni təyin olunmuş valisi İsmayıl Cabbarzadə ilə görüşüb.
Azərbaycan və İran münasibətləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan əyalətinin yeni təyin olunmuş valisi İsmayıl Cabbarzadə ilə görüşüb.

Baş Konsulluqdan Trend-ə daxil olan məlumata görə, Ə.Əlizadə valini təyinatı münasibətilə təbrik edib və Şərqi Azərbaycan əyalətinin Azərbaycan-İran əlaqələrində mühüm rola malik olduğunu bildirib.

Görüşdə, həmçinin əlaqələrin inkişafı, birgə iqtisadi, elmi, mədəni layihələrin həyata keçirilməsinin davam etdirilməsi və daha da genişləndirilməsi, vaxtaşırı görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti