...

İran Cenevrə danışıqlarında razılığa gəlinməsini mümkün hesab edir

Siyasət Materials 8 Noyabr 2013 09:27 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramına dair Cenevrədə "altılıq"la aparılacaq danışıqların ikinci mərəhləsində müəyyən razılığa gəlinəcəyinə inandığı açıqlayıb.
İran Cenevrə danışıqlarında razılığa gəlinməsini mümkün hesab edir

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramına dair Cenevrədə "altılıq"la aparılacaq danışıqların ikinci mərəhləsində müəyyən razılığa gəlinəcəyinə inandığı açıqlayıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M.C.Zərif CNN-ə müsahibəsində tərəflərin sabah müzakirələr başa çatmadan 3 məqama toxunacaq "bir növ ortaq açıqlama" hazırlamaq üçün danışıqlar aparacaqlarına ümid etdiyini bildirib.

İranın xarici işlər naziri sözügedən məqamların "tərəflər üçün ortaq məqsəd", "hər kəsin bir ildən qısa müddət içində çatmağa çalışacağı yolun sonu" və "tərəflər arasında etimadın yaradılması və şübhələrin aradan qaldırılması" olduğunu qeyd edib.

M.C.Zərif onu da əlavə edib ki, İran uranın zənginləşdirməsi proqramını tamamilə təxirə salmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti