...

Mübariz Qurbanlı: ABŞ Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək əzmindədir

Siyasət Materials 8 Noyabr 2013 17:43 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi məntiqi bir hadisədir və belə də olmalı idi.
Mübariz Qurbanlı: ABŞ Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək əzmindədir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi məntiqi bir hadisədir və belə də olmalı idi. Bu barədə Trend-ə millət vəkili Mübariz Qurbanlı ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərməsinə münasibət bildirərkən deyib.

M.Qurbanlı bildirib ki, kimlərsə gözləyirdisə, güman edirdisə ki, ABŞ Prezidenti təbrik etməyəcək, onlar beynəlxalq aləmdəki hadisələrdən, ABŞ-Azərbaycan münasibətlərinin durumundan, iki dövlətin bir-birinə nə dərəcədə zəruri olduğundan yəqin ki xəbərsiz idilər: "ABŞ Azərbaycan üçün nə qədər əhəmiyyət kəsb edirsə, Azərbaycan da ABŞ üçün o dərəcədə əhəmiyyət kəsb edir. Yəni iki dövlət arasındakı münasibətlər bərabərhüquqlu, bərabər prosesə uyğun qurulan münasibətlərdir".

Millət vəkilinin sözlərinə görə, bu təbrik iki ölkə arasındakı münasibətlərin və perspektivdəki əlaqələrin təzahürüdür: " ABŞ Azərbaycanı öz strateji tərəfdaşı hesab edir və qarşıdan gələn dövrdə iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək əzmindədir. ABŞ ilə Azərbaycan arasında münasibətlər kifayət qədər normal məcrada inkişaf edir. Bu baxımdn ABŞ Prezidenti təbrik məktubunda həm ikitərəfli formatda, həm də son illər BMT Təhlükəsizlik Şurası çərçivəsində iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirib. Barak Obama Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirmişdir".

M.Qurbanlı qeyd edib ki, Barak Obama, həmçinin Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təmin olunmasına, beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsini xüsusi qeyd edərək dəyərləndirib: "Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyi tərəfindən etiraf edilən uğurlu sosial və iqtisadi tərəqqi dövrünü yaşamış, mühüm nailiyyətlər əldə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti