...

Möhsün Pakayin: Tezliklə İran və Azərbaycan sərhədində vəziyyət normallaşacaq

Siyasət Materials 11 Noyabr 2013 23:44 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehran-Bakı əlaqalərində qərginliyin olması ilə bağlı yayılan xəbərləri təqzib edib və deyib ki, iki ölkə arasında əlaqalər normaldır və sərhədlərdə yaranmış problemin tamamilə həll olunması üçün danışıqlar davam etdirilir.
Möhsün Pakayin: Tezliklə İran və Azərbaycan sərhədində vəziyyət normallaşacaq

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehran-Bakı əlaqalərində qərginliyin olması ilə bağlı yayılan xəbərləri təqzib edib və deyib ki, iki ölkə arasında əlaqalər normaldır və sərhədlərdə yaranmış problemin tamamilə həll olunması üçün danışıqlar davam etdirilir.

Səfir Trend-ə bildirib ki, çox uzun sərhədlərə malik olan ölkələr arasında bu kimi ixtilafların yaranması qeyri-adi deyil.

O deyib ki, İran və Azərbaycan arasında səhərdlə bağlı müqavilələr var və bu müqavilələr yaranmış ixtilafların qarşıqlı anlaşma şəraitində həll olunmasına imkan yaradır.

Səfər deyib ki, Culfa və Biləsuvar sərhədlərində gediş-gəlişə məhdudiyyətin qoyulmasının əsas səbəbi Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhədinin bağlanması idi.

Sərhədçilərin görüşləri davam etdirilir və tezliklə səhədlərdə vəziyyət normallaşacaq və açılacaq, səfir qeyd edib.

O, İran və Azərbaycan əlaqlərinin stratejik, qarşılıqlı hörmət və dostuq şəraitində olduğunu bildirib və deyib ki, iki ölkə müxtəlif sahələrdə əmakdaşlıqlarını normal davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti