...

Zəminə Dünyamalıyeva: 20 ildə "mən müxalifətəm" deyən bütün qüvvələrin hamısı istefaya getməlidir

Siyasət Materials 19 Noyabr 2013 16:36 (UTC +04:00)
Demokratiya ideologiyasının tələblərinə görə, Milli Şura prezident seçkilərindən sonra özünü buraxmalı idi, lakin təəssüflər olsun ki, yenə də şəxsi maraqları olan liderlər hər seçkidən sonra özlərinin növbəti seçkiyə maraqlarını qoruyub saxlamaq niyyətindədirlər.
Zəminə Dünyamalıyeva: 20 ildə "mən müxalifətəm" deyən bütün qüvvələrin hamısı istefaya getməlidir

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Demokratiya ideologiyasının tələblərinə görə, Milli Şura prezident seçkilərindən sonra özünü buraxmalı idi, lakin təəssüflər olsun ki, yenə də şəxsi maraqları olan liderlər hər seçkidən sonra özlərinin növbəti seçkiyə maraqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu barədə Trend-ə Milli Şurada təmsil olunan Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin keçmiş sədri Zəminə Dünyamalıyeva deyib.

O, qeyd edib ki, məhz bu nöqteyti-nəzərdən Mili Şuranın saxlanmasına qərar verilib və indi də sədrliyi bölüşə bilmirlər:

"İndi bu həmsədrlik məsələsi niyə çıxıb ortaya? Milli Şuranın sədri var və əgər məsələ qoysalar ki, gəlmir, işləmir və digər qüsurları var, onda sədrin əvəzinə yeni sədr seçilməlidir. Bəs niyə həmsədrlik məsələri ortaya çıxıb? Yəni bunlar bölə bilmirlər ki, sədr kim olsun, ona görə də həmsədrlik məsələsi ortaya düşüb. Bunlar əgər bu gün sədrliyi bölüşə bilmirlərsə, sabah yenə də bir-birilərinə güzəştə gedə bilməyəcəklər. Bunlar qüsurlu olan Milli Şuranı bir daha qüsurlu edəcəklər. Hesab edirəm ki, həmsədr olsa da, olmasa da, Müsavat ilə AXCP Milli Şuranı iki partiya arasında özəlləşdiriblər".

Z.Dünyamalıyeva hesab edir ki, Milli Şurada toplaşan partiyalar da daxil olmaqla 20 ildə "mən müxalifətəm" deyən bütün qüvvələr hamısı istefaya getməlidir: "Onlar üçün ən gözəl təklif budur. Nə vaxta qədər bu insanlar öz mənafelərini güdəcəklər? Bunların heç bir idarəçilik qabiliyyəti yoxdur, bunlar dağıdıcılıqda "alim"dirlər, amma quruculuqda, idarəçilikdə bunların fəaliyyəti sıfıra bərabərdir. Bunlar 20 ildir dağıdırlar, artıq bəsdir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti