Azərbaycan, Bakı, 27 noyabr / Trend, müxbir S.Əhmədova /
ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının tarixi açıqlanıb.
Trend-in ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT PA-nın qış sessiyası gələn il fevralın 13-14-də Vyanada keçiriləcək.
Parlament Assambleyasının Büro iclası isə gələn il aprelin 7-də Kopenhagendə baş tutacaq.