...

Elmar Məmmədyarov Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Dekabr 2013 20:30 (UTC +04:00)
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarov Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib (ƏLAVƏ OLUNUB)

Nazirin digər görüşləri barədə məlumat əlavə olunub (ilk xəbər saat 17:23-də yayılıb)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Elmar Məmmədyarov Kiyevdə Ukraynanın Baş naziri Nikolay Azarovla da görüşüb.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin hazırkı səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

XİN rəhbəri, həmçinin Serbiyanın xarici işlər naziri İvan Mrkiçlə görüşüb.

Görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərdən, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadiyyatın müxtəlif sahələrinə yatırılmış sərmayələrdən məmnunluq ifadə edilib. Tərəflər siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Hər iki nazir Azərbaycan və Serbiyanın ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyin davam etdirilməsi zəruriliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti