Elnur Aslanov: Bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır, gənclər bu sahədə fədakar olmalıdırlar

Elnur Aslanov: Bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır, gənclər bu sahədə fədakar olmalıdırlar

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.İzzət/

"Müstəqil Azərbaycan bu gün bölgədə nəhəng layihələrə imza atır. Cənab Prezident İlham Əliyev 2020-ci ilə qədər Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi tapşırığını verib. "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası uğurla icra olunur. Qarşıya qoyulan hədəflərə çatmaq siz gənclərin təşəbbüskarlığından, bilik səviyyəsindən, əzmkarlığından, Vətənə verəcəyiniz töhfələrdən çox asılıdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.

E.Aslanov bildirib ki, yaxşı təhsil almış, savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarlar yeni dövrün əsas inkişaf lokomotivi sayılır: "Biz gələcəyi qurarkən məhz sizlərin bu potensialına arxalanırıq. Son illər dövlət qulluğuna qəbul olunanların böyük əksəriyyəti gənclər olublar. Azərbaycan gənci bu gün öz dövlətinə xidmət etməyə, onun inkişafında iştirak etməyə can atır. Artıq heç kimdə şübhə qalmayıb ki, Azərbaycanda yüksək biliklərə malik olmaqla layiqli yer tapmaq, həyatda özü üçün yaxşı şərait yaratmaq mümkündür".

PA-nın şöbə müdiri deyib ki, bu gün istedadlı gənclərə dövlət sifarişi var. Dövlət sifarişi üzrə müxtəlif ixtisaslar üzrə hətta tam ödənişli ali təhsil müəssisələsində də pulsuz oxumaq şansı mövcuddur: "Azərbaycanın bölgələrində Gənclər evləri açılır, gənclərin inkişafı üçün komplekslər yaradılır. İlk dəfə olaraq gənclər üçün Prezident mükafatı təsis olunub. Əlbəttə, bütün bunlar böyük stimullardır, həm də siz gənclərə olan etimaddır, böyük gözləntilərdir. Lakin təəssüflər olsun ki, bəzən gənclərin təşəbbüskarlıq səviyyəsi tam qaneedici səviyyədə olmur. İndi gündəlik internetdən istifadə etməyən, sosial şəbəkələrdə olmayan gənc tapmaq çətindir. Son statistik rəqəmlərə görə, hazırda Facebook-da 1 milyon 120 mindən çox, Twitter-də onminlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçib".

Onun sözlərinə görə, əgər 2000-ci ildə dünya əhalisinin cəmi 6%-i, yəni 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 16%-ə, yəni 1 milyard nəfərə, 2010-cu ildə 29%-ə, yəni 2 milyard nəfərə çatdı. Hazırda isə dünya əhalisinin 39%-ini ötməklə 3 milyard nəfərdən çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu göstərici 5 milyard nəfərə çatacaq: "Azərbaycan gəncləri dünyanın bu inkişaf trendini nəzərə almalıdır. Artıq müasir sosioloqların köhnə nəsil kimi qəbul etdiyi "X" nəslini rəqəmsal texnologiyalarla tanış olan "Y" nəsli, onu isə internet, şəbəkə nəsli kimi tanınan "Z" nəsli əvəzləyib. İndi isə yeni internet nəsli gəlir. Bu "C" adı ilə tanınır. Sıx şəbəkələşmiş, məzmun mərkəzli, kömpüterləşmiş, ünsiyyətə açıq istiqamətli "C" nəsli (connected, content centric, computerized, community oriented) 2020-ci ildə dünya əhalisinin 40%-ni təşkil edəcək".

E.Aslanov bildirib ki, informasiya cəmiyyəti getdikcə böyüyür. Odur ki, virtual məkanlarda da Azərbaycanın mövqeyinin qorunması, müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma, reaksiyalar çox mühümdür: "Mən bunu açıq söyləyəcəyəm, sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var, Azərbaycana qarşı əsassız ittihamlara gənclərimiz tərəfindən verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz. Azərbaycana qarşı çirkin kampaniya aparmaq istəyənlər, bu niyyətə düşənlər məhz reaksiyalardan ehtiyat edib geri çəkilməlidir. Təşəbbüskarlıq bu məsələdə öndə olmalıdır, bu cür əsassız ittihamlara gənclərimiz heç bir dövlət qurumunu, məmurunu gözləmədən özləri cavab verməlidir. Cavabsız deyilik axı. Şükürlər olsun ki, deməyə tutarlı sözümüz də var, dilimiz də. Mən dilimiz deyəndə, həm də xarici dilləri bilənlərin sayının artmasını nəzərdə tuturam.

Erməni lobbisinin təxribatçı fəalliyyət dairəsini hər bir imkandan istifadə edərək daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır".

PA-nın şöbə müdiri deyib ki, bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır: "Bu müharibənin qısaca söyləsəm, sxemi belədir: milli dövlət, onun lideri, siyasi elitası hədəf götürülür; xalq, onun əsrlərlə yaratdığı, yaşadığı milli dəyərlərin dəyərsizləşdirilməsinə cəhdlər edilir; müstəqilliyimizi, suverenliyimizi zəiflətməyə, siz gəncləri öz məkrli niyyətlərində alət etməyə hesablanan niyyətlər üçün fürsətlər axtarılır".

Onun sözlərinə görə, bu mənada müşahidə olunanları belə qruplaşdırmaq olar: "Birincisi, ikili standartlar. Çox vaxt görürük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Bunu ölkə həyatında əlamətdar, tarixi hadisələr olan dövrlərdə daha intensiv hiss etmək olur. İkincisi, Azərbaycana qarşı formalaşdırılan stereotiplər. Burada da yenə erməni lobbisinin böyük rolu duyulur, Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, dezinformasiya yolu ilə yalnış rəylər formalaşdırılır. Üçüncüsü, Azərbaycanın müstəqil siyasətinin bəzi qüvvələr tərəfindən bəyənilməməsi, həzm edilməməsidir. Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq istəyənlərin hər dəfə uğursuzluğa düçar olması onları bəzən az qala qisas almağa sövq edir. Bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi ən böyük səddir. Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır. Vətənin müstəqilliyi hər şeydən üstündür".

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Seul KXDR ilə ticarət mübadiləsi imkanlarını araşdırır
Seul KXDR ilə ticarət mübadiləsi imkanlarını araşdırır
Loading Bars
Xəbər lenti
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir - Deputat
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib
Kürdə 1 nəfər batıb
13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki açıqlanıb
Cəlilabadda karantini pozan iki kafe aşkarlandı
Sumqayıtda baş verən yanğının ilkin səbəbləri açıqlanıb - RƏSMİ
Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib (YENİLƏNİB)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Azərbaycanda restoranı “zooparka” çevirən sahibkar cəzalandırıldı
Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir
Pensiyaçıların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik - Sahil Babayev
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir
Nicat Hacızadə: Korporativ idarəetmə iqtisadi səmərəliliyi artıracaq
13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir
Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb
Bütün xəbərlər