...

İstanbul polisinin rəisi vəzifəsindən azad edildi

Siyasət Materials 19 Dekabr 2013 15:24 (UTC +04:00)
İstanbul polisinin rəisi Hüseyn Çapkın bəzi nazirlərin övladlarının və iş adamlarının korrupsiyada əli olmaları barədə məlumatı gizlətməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
İstanbul polisinin rəisi vəzifəsindən azad edildi

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir R.Hafizoğlu/

İstanbul polisinin rəisi Hüseyn Çapkın bəzi nazirlərin övladlarının və iş adamlarının korrupsiyada əli olmaları barədə məlumatı gizlətməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul polisi hələ bir il bundan əvvəl bu məsələlərdən xəbərdar imiş.

Qeyd edək ki, bu həftə Türkiyə polisinin İstanbul və Ankarada keçirdiyi xüsusi əməliyyat nəticəsində aralarında iş adamları və bəzi nazirlərin övladlarının da olduğu 52 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti