Prezident İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artmışdır. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə indiyə qədər verdiyi dəstəyi bundan sonra da davam etdirəcəkdir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub:

"Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz "Azərspace-1" milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış "Şahdəniz -2" enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi adlandırılan bu möhtəşəm layihə 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" kimi Avropanın enerji təminatı xəritəsində əsaslı dəyişiklik edəcək və dövlətimizin beynəlxalq rolunu daha da gücləndirəcəkdir.

Azərbaycanda son on ildə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirmişdir. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır. Bu il keçirilmiş Prezident seçkiləri göstərdi ki, Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir".

Prezident bildirib ki, hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilmişdir. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür:

"Uğurlarımızla bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər.

Bir reallığı da qeyd etməliyəm ki, müasir dünyada yaşanan qlobal proseslər müsbət meyillərlə yanaşı, ölkələrin milli inkişafına, xalqların milli-mənəvi dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə şəraitdə dünya ölkələrində yaşayan həmvətənlərimizin həmrəyliyi güclənməli, diaspor qurumlarının fəaliyyəti daha mütəşəkkil və çevik olmalıdır. Birliyimizin və həmrəyliyimizin əsasında dayanan müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi hər birimizdən xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin müdafiəsi, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməliyik.

Bu bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram!"

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb (ƏLAVƏ OLUNUB) (FOTO)
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir - XİN
Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinə hücumu bəşəriyyətə qarşı atılan addımdır - Hikmət Hacıyev
Bu gün Bərdəyə atılan raketlərin qalıqları (FOTO)
Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib - Fuad Ələsgərov
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev - (ƏLAVƏ OLUNUB)
Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - MN
Dünya uşaq qatili ermənilərin əməllərinə susmamalıdır - Pərvin Kərimzadə
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Ceyhun Bayramov İran Prezidentinin xüsusi elçisi ilə görüşüb (FOTO)
Sabah arabir yağış yağacaq, külək əsəcək
İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir
Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat (VİDEO)
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)
Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq
Azərbaycanda yaşı 100-dən çox olanların sayı açıqlandı
Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq
Edinburq şəhərində Gəncə terroru pislənib
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır (FOTO)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
Rusiyada bir gündə 346 nəfər koronavirusdan öldü
Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur - Ekspert
Bərdənin qisası alındı - Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib
Azərbaycan nefti bahalaşıb
Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub
Əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olanların meyitləri Ermənistanı maraqlandırmır - Qafqazşünaslıq İnstitutu
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı
Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü
Belarusun Azərbaycandakı səfiri Gəncəyə gəlib (FOTO)
Ordumuza məxsus PUA vurulmayıb - MN
Abşeronun kəndlərində COVİD-19 əleyhinə təbliğat tədbirləri keçirilib (FOTO)
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general
Qazaxıstanda koronavirusa daha 148 nəfər yoluxub
Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursat (VİDEO)
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib
Azərbaycan döyüş meydanında təkbaşına mübarizə aparır - Rufiz Hafizoğlu Omanın “WisalFM” radiosuna açıqlama verib (VİDEO)
Ordumuz üçün yardımları hazırlayarkən çox böyük qürur hissi keçirirdik - Zümrüd Hacıyeva (VİDEO)
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib (FOTO)
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub - MN
“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT
F-16 təyyarələri Ermənistanı və onun havadarlarını niyə narahat edir? - Milli Qəhrəmanın şərhi
Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür (FOTO)
Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var -FAO
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub
Oktyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub - Deputat
Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı (VİDEO)
Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub (FOTO)
Düşmən itki verərək geri çəkilib - MN
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İran parlamentinin spikeri koronavirusa yoluxub
Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub - MN
"Liverpul" tarixinin 10 000-ci qolunu vurub
Baydenin koronavirus testinin nəticəsi məlum olub
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və terror siyasəti barədə yazıb
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
Kanadada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Çempionlar Liqası: "Liverpul"dan qələbə, "Real"dan heç-heçə
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Bütün xəbərlər