...

Kerri İsrail və Fələstinə çərçivə sazişi bağlamağı təklif edəcək

Siyasət Materials 31 Dekabr 2013 03:13 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Yaxın Şərqə səfəri ərəfəsində İsrail və Fələstin rəhbərliyinə çərçivə sazişi bağlamağı təklif edəcək. Münaqişə tərəfləri bu sənəd əsasında gələcəkdə yekun sülh razılaşmasına nail ola bilərlər. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.
Kerri İsrail və Fələstinə çərçivə sazişi bağlamağı təklif edəcək

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri Yaxın Şərqə səfəri ərəfəsində İsrail və Fələstin rəhbərliyinə çərçivə sazişi bağlamağı təklif edəcək. Münaqişə tərəfləri bu sənəd əsasında gələcəkdə yekun sülh razılaşmasına nail ola bilərlər. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf deyib ki, saziş İsrail-Fələstin danışıqlarının gündəliyində dayanan bütün mübahisəli məsələləri əhatə edəcək.

C.Kerri yanvarın 1-də Qüds və Ramallaha səfər etməyi, İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbasla görüşməyi planlaşdırır. M.Harf qeyd edib ki, səfər zamanı çərçivə sazişinin bağlanıb-bağlanmayacağı hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti