...

Kerri: ABŞ İraqı terrorçularla mübarizədə hərbi müdaxilə olmadan dəstəkləyəcək

Siyasət Materials 5 Yanvar 2014 13:22 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların İraqı "əl-Qaidə" terrorçu qruplaşması ilə əlaqəsi olan döyüşçülərlə mübarizədə hərbi müdaxilə olmadan dəstəkləyəcəyini bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Kerri: ABŞ İraqı terrorçularla mübarizədə hərbi müdaxilə olmadan dəstəkləyəcək

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların İraqı "əl-Qaidə" terrorçu qruplaşması ilə əlaqəsi olan döyüşçülərlə mübarizədə hərbi müdaxilə olmadan dəstəkləyəcəyini bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Assoşieyted Press" agentliyinin məlumatına görə, "İraq və Levantın İslam dövləti" qruplaşmasının döyüşçüləri ölkənin qərbində yerləşən şəhəri, o cümlədən İraqın əl-Fəllucə şəhərinin yarısını və ər-Ramadi şəhərinin bir hissəsini zəbt ediblər.

Yerli hakimiyyətin antiterror fəaliyyətini "onların şəxsi mübarizəsi" adlandıran C.Kerrinin sözlərinə görə, ABŞ İraqa hərbi kontingent göndərməyə hazırlaşmır.

Dövlət katibi qeyd edib ki, "İraq və Levantın İslam dövləti" regionda ən təhlükəli qruplaşmadır: "Biz İraq hökumətini və terrorçuların destabilizasiya cəhdlərinə müqavimət göstərənləri dəstəkləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti