Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Qurbanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mübariz Qəhrəman oglu Qurbanlı "Şöhrət" ordeni ilə təltif edilsin.
Mübariz Qurbanlı “Şöhrət” ordeni ilə təltif edildi
Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Qurbanlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.