...

Milli Şuradan daha bir istefa

Siyasət Materials 9 Yanvar 2014 17:29 (UTC +04:00)
"El" hərəkatı sədrinin müavini Zəfər Quliyev Milli Şuradan çıxması barədə bəyanat yayıb.
Milli Şuradan daha bir istefa

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

"El" hərəkatı sədrinin müavini Zəfər Quliyev Milli Şuradan çıxması barədə bəyanat yayıb.

"El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Trend-ə açıqlamasında faktı təsdiq edib.

Z.Quliyev bəyanatında Milli Şurada qalmasını artıq mümkünsüz hesab etdiyini bildirib. O, qeyd edib ki, Milli Şura öz ilkin məqsədindən, missiyasından, formatından yayınıb və potensialı konsolidasiya edən, kollegiallıq ruhunu formalaşdıran konstruktiv ovqatını əhəmiyyətli dərəcədə itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti