...

Azərbaycan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma imzalanıb (FOTO)

Siyasət Materials 15 Yanvar 2014 11:14 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.
Azərbaycan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı nazir Fransa Respublikasının hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.

Görüşlərin nəticəsi olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma" imzalanıb.

Yanvarın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətənə dönüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti