...

Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2014 23:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Toronto Universitetində təhsil alan azərbaycanlı tələbələr və Toronto şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. O, vurğulamışdır ki, 140-a yaxın dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi olaraq, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdir.

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti