...

Geologlar həyəcan təbili çalır

Siyasət Materials 25 Yanvar 2014 18:44 (UTC +04:00)
Respublikanın seysmik zonası sayılan Şamaxıda hər gün yeraltı təkanlar qeydə alınır.
Geologlar həyəcan təbili çalır

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Respublikanın seysmik zonası sayılan Şamaxıda hər gün yeraltı təkanlar qeydə alınır.

Trend-in Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişliyə istinadən verdiyi məlumata görə, Azərbaycan ərazisinin 2013-cü ildə seysmik xüsusiyyətləri haqqında keçirilən konfransda Şamaxının ən aktiv seysmik zona olduğu bidirilib.

Təkçə 2013-cü ilin dekabr ayının 18-22 tarixlərində Şamaxı və İsmayıllı rayonları ərazində ümumilikdə 100 dən çox kiçik yeraltı təkanlar qeydə alınıb. Nəticədə bu rayonların ərazisində bir sıra sürüşmələr baş verib. Yerin daxilində gedən proseslər, zəlzələ ocaqları, vulkanlar, onların yaranma səbəbləri, bu sahədə aparılan tədqiqatlar, zəlzələölçmə cihazlarının funksiyaları, kosmosda gedən proseslər, Yer planetinə komet, asteroid və meteroit təhlükəsi barədə məlumatlar verilib.

Ötən il Azərbaycanda 24 hiss olunan zəlzələ baş verib ki, onlardan 6-sı Şamaxıda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti