...

Səməd Seyidov: Bu gün Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin böyük dostu və etibarlı tərəfdaş olan stabil ölkədir

Siyasət Materials 28 Yanvar 2014 00:14 (UTC +04:00)
Bu gün Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin böyük dostu və etbarlı tərəfdaş olan stabil ölkədir.
Səməd Seyidov: Bu gün Azərbaycan  iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin böyük dostu və etibarlı tərəfdaş olan stabil ölkədir

Azərbaycan, Bakı, 27 yanvar /Trend /

Bu gün Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin böyük dostu və etbarlı tərəfdaş olan stabil ölkədir.

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) qış sessiyasının ilk günü qurumun Bürosunun və Daimi komitəsinin fəaliyyəti müzakirəsi zamanı çıxışında Azərbaycanın nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

Qeyd edək ki, AŞPA-nın keçmiş sədri Jan-Klod Minyon (Jean-Claude Mignon) Büronun və Daimi komitənin fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində AŞ PA-nın keçmiş sədri Jan-Klod Minyonun göstərdiyi təşəbbüsü yüksək qiymətləndirmiş, onun təşəbbüsü sayəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında dialoqun bərpa edildiyini qeyd edib.

Azərbaycanda keçirilən prezident seçkilərinin artıq müzakirə olunduğunu və AŞ PA-nın əksəriyyəti tərəfindən bəyənildiyini vurğulayan Səməd Seyidov qurumun seçki ilə bağlı ümumi qərarına hörmət edilməsinin vacibliyini bildirib.

"Əgər irəliləyə doğru hərəkət etmək istəyiriksə, Azərbaycanda seçkilərin demokratik keçməsi faktına göz yummamalıyıq. Bu gün Azərbaycan iqtisadi inkişaf edən, Avropanın digər dövlətlərinin böyük dostu və etbarlı tərəfdaş olan stabil ölkədir. Azərbaycandakı demokratiya ilə AŞ PA deputatlarının bəziləri razılaşmaya bilər. Amma buna baxmayaraq hamımız artıq qəbul olunan qərara hörmətlə yanaşmalıyıq. Azərbaycanı tənqid etmək istəyənlər yaddan çıxarmamalıdırlar ki, hətta bu gün belə davam edən münaqişəyə zəminində ölkəmizdə günahsız uşaqlar və qadınlar qətlə yetirilir. Baxın, bu vəziyyətdə biz demokratiya qururuq. Bir milyondan artıq qaçqın və məcburi köçkününlərimizlə biz öz problemlərimizi həll etməyə səy göstəririk"- deyə Seyidov çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, Səməd Seyidov bu gün AŞ PA-nın qış plenar sessiyasında yenidən qurumun vitse-prezidenti seçilib. Prosedura görə, qış sessiyasında AŞ PA prezidenti ilə yanaşı, vitse-prezidentlər də seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti