...

İran polisi sərhədlərin monitorinqində hava şarlarından istifadə edəcək

Siyasət Materials 29 Yanvar 2014 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir T.Cəfərov/

Sərhədlərə və keçid məntəqələrinə nəzarət etmək, eləcə də monitorinq aparmaq üçün hava şarlarından istifadə ilə bağlı artıq lazımi razılıq əldə olunub və hazırda pilot layihə kimi sərhədlərdə bu şarlardan istifadə olunur. Bunu bu gün İranın polis rəisinin müavini Əhmədrza Radan deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Ə.Radan bildirib ki, hava şarları çox yüksək hündürlükdə uçuş qabiliyyətinə malikdir: "Hava şarlarında kameralar quraşdırlır. Ona görə də əsgərlərin və hər hansı bir şəxsin həmin şarda olmasına ehtiyac yoxdur".

Onun sözlərinə görə, hava şarı gülləkeçirməz materialdan hazırlanıb: "Polis sərhədlərlə yanaşı, gələcəkdə bu şarlardan yollarda və polis qüvvələrinin nəzarəti altında olan digər yerlərdə də istifadə etməyi planlaşdırır".

Qeyd edək ki, ötən il İran öz sərhədlərinə nəzarəti gücləndirmək məqsədilə Sərhəd Qoşunlarının tərkibində pilotsuz təyyarələr birliyi yaradıb.

İranın şərq sərhədlərinə havadan nəzarəti gücləndirmək məqsədi ilə pilotsuz təyyarələr birliyi Sistan və Bəluçistan sərhəd qonşularının tərkibində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti