Azərbaycan, Bakı, 6 fevral /Trend/
Suriya hökuməti və müxalifəti Hums şəhərinə humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəliblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Moskvada keçirilən brifinqdə deyib.
XİN rəsmisi bildirib ki, Humsun köhnə rayonlarına humanitar yardımın çatdırılması problemi həll edilir: "Son məlumatlara görə, müxalifətlə hökumət arasında belə razılaşma əldə olunub. Bu, çox müsbət siqnaldır".