...

Azərbaycanın müdafiə naziri Serbiyaya rəsmi səfər edəcək

Siyasət Materials 14 Fevral 2014 11:42 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə naziri Neboyşa Rodiçin dəvətilə 17-18 fevral 2014-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər edəcək.
Azərbaycanın müdafiə naziri Serbiyaya rəsmi səfər edəcək

Azərbaycan, bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə naziri Neboyşa Rodiçin dəvətilə 17-18 fevral 2014-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Serbiya Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti