...

Türkiyədə antikorrupsiya əməliyyatları zamanı həbs olunanlardan daha 9 nəfər azad edilib

Siyasət Materials 14 Fevral 2014 13:10 (UTC +04:00)
Türkiyənin "Xalq" Bankının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad ediliblər.
Türkiyədə antikorrupsiya əməliyyatları zamanı həbs olunanlardan daha 9 nəfər azad edilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad ediliblər. Bu barədə Trend "TRT Haber" kanalına istinadən xəbər verir.

Qeyd edək ki, onlar ötən ilin sonunda antikorrupsiya əməliyyatları zamanı həbs edilmişdilər.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti