Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycan Müdafiə Nazirliyi Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.
Qeyd edək ki, Fətullah Gülən Türkiyənin tanınmış din xadimlərindən hesab edilir və uzun müddətdir ki, ABŞ-da mühacir həyatı yaşayır.