...

Bolqarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 19 Fevral 2014 17:03 (UTC +04:00)
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski fevralın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bolqarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski fevralın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskini Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti