Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir R.Hafizoğlu /
Türkiyənin cənub-qərbində yerləşən Antalya vilayətində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sıralarını 500 üzv tərk edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər verib.
Bu addıma səbəb onların partiyanın yürütdüyü siyasətdən, eləcə də partiyanın seçkiqabağı strategiyasından narazı olmalarıdır.
Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.