...

Əfqanıstanın birinci vitse-prezidenti vəfat edib

Siyasət Materials 9 Mart 2014 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Əfqanıstanın birinci vitse-prezidenti Məhəmməd Qasim Fəhim vəfat edib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi Əfqanıstan Prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.

Onun təbii səbəblərdən öldüyü bildirilir.

Ölkədə 3 günlük matəm elan olunub.

Qeyd edək ki, M.Q.Fahim 1957-ci ildə Əfqanıstanda anadan olub. 2009-cu ilin noyabrından birinci vitse-prezident vəzifəsində çalışırdı.

Xəbər lenti

Xəbər lenti