Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Cəfərov/
Tehranda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşəcək. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
Məlumata əsasən, Sinirlioğlu İran rəsmiləri ilə görüşdə əsasən İran və Türkiyə əlaqələrinin inkişaf etdirilməsi və iki ölkəni maraqlandıran bir sıra digər məsələləri müzakirə edəcək, o cümlədən regional problemlərin həlli ilə bağlı məsləhətləşmələrın aparılması da nəzərdə tutulur.
Məlumatda bildirilir ki, Sinirlioğlu İran rəsmiləri ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün təşkili ilə bağlı da danışıqlar aparacaq.