Azərbaycan, Bakı, 21 mart /Trend/
Türkiyə Baş nazirinin müavini Əli Babacan hesab edir ki, ölkədə "Twitter" sosial şəbəkəsinə çıxışın bağlanması müvəqqəti xarakter daşıyır və uzun müddət davam etməyəcək.
Trend-in CNN Türk telekanalına istinadən verdiyi məlumata görə, Ə.Babacan qeyd edib ki, hökumət bu vəziyyətlə bağlı məqbul həll yolunu tapacaq.
Türkiyənin nəqliyyat naziri Lütfi Əlvan isə hesab edir ki, Twitter-ə çıxışın bağlanması siyasi qərar deyil, məhkəmə qərarıdır: "Türkiyə interneti qadağan edən ölkə deyil. Lakin biz iftira və qanunsuzluğun əleyhinə olmalıyıq".