...

Polşa ABŞ-dan NATO-nun şərq cinahında hərbi mövcudluğunu genişləndirməyi xahiş edir

Siyasət Materials 22 Mart 2014 23:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Polşa ABŞ-dan NATO-nun şərq sərhədlərində hərbi mövcudluğunu genişləndirməyi xahiş edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Polşanın müdafiə naziri Tomaş Semonyak deyib.

O, RMF FM radiosunun efirində ötən çərşənbə axşamı ABŞ-ın vitse-prezidenti Co Baydenin Polşada olduğunu xatırladıb.

T.Semonyakın sözlərinə görə, ABŞ nümayəndəsi ilə danışıqlar zamanı aydın şəkildə qeyd olundu ki, Polşa Şərqi Avropa tərəfi - NATO müttəfiqi olaraq, Birləşmiş Ştatların Avropada daha böyük hərbi mövcudluğuna ümid edir: "NATO-nun şərq cinahı gücləndirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti