...

BMT-nin baş katibi: Humanitar yardıma ehtiyacı olan suriyalıların sayı 3,5 milyona çatıb

Siyasət Materials 24 Mart 2014 22:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Suriyanın çətinliklə gedilə bilən rayonlarının humanitar yardıma ehtiyacı olan sakinlərinin sayı ilin əvvəlindən 1 milyon artaraq 3,5 milyon nəfərə çatıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi təşkilatın Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətə dair məruzəsində bildirib.

O, qeyd edib ki, fevralın sonundan Suriyada yaralıların təxliyyəsi və mühasirəyə alınmış şəhər və rayonlara humanitar yardımların təhlükəsiz çatdırılması üçün yerli yeni barışığa nail olmaq mümkün olmayıb: "Təqribən 220 min nəfər əvvəlki kimi Hums, Nubul, Muədəmiyyə, Dəra və digər rayon və şəhərlərdə mühasirədədir.

Baş katibin sözlərinə görə, həmin şəxslərdən 175 mini hakimiyyət qüvvələri, qalan 45 mini isə müxalif döyüşçülər tərəfindən mühasirə şəraitində yaşayır.

Xəbər lenti

Xəbər lenti