...

Rusiya Moskvaya tabe olmayan hərbi hissələrin texnikasını Ukraynaya qaytaracaq

Siyasət Materials 28 Mart 2014 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Rusiya Prezidenti Vladimir Putin Krımda RF ordusu tərəfə keçməyən hərbi hissələrin silah və hərbi texnikasını Ukraynaya təhvil verməyi əmr edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya müdafiə naziri Sergey Şoyqu V.Putinlə görüşdə bildirib ki, rəsmi Kiyevə sadiq qalmış Ukrayna ordusunun bölmələri Krımda çıxıb.

Sonra nazir dövlət başçısından silah və hərbi texnikanın Ukraynaya təhvil verilməsinə başlamaq üçün icazə istəyib. Söhbət gəmi heyəti və aviasiyadan gedir.

Prezident nazirin təklifi ilə bağlı müvafiq əmr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti