...

Səfirlik: Əcnəbilər Krıma yalnız Ukrayna ərazisindən daxil ola bilərlər

Siyasət Materials 10 Aprel 2014 17:00 (UTC +04:00)
Xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Krım Muxtar Respublikası və Sevastopola Ukrayna qanunvericiliyi və beynəlxalq razılaşmalar əsasında daxil olmalıdırlar.
Səfirlik: Əcnəbilər Krıma yalnız Ukrayna ərazisindən daxil ola bilərlər

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Krım Muxtar Respublikası və Sevastopola Ukrayna qanunvericiliyi və beynəlxalq razılaşmalar əsasında daxil olmalıdırlar. Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Viza əsasında Ukraynaya səfər edən xarici vətəndaşlar viza almaq üçün Ukraynanın diplomatik korpus və konsulluq şöbələrinə müraciət etməlidirlər. Vizasız giriş hüququ olan xarici vətəndaşlar isə Krım Muxtar Respublikası və Sevastopola ancaq Ukrayna ərazisindən keçməlidirlər. Yoxlamalar və müvafiq möhürlər Ukrayna sərhəd xidmətçiləri tərəfindən həyata keçirildikdə həmin səfər qanuni hesab olunacaq.

Ukrayna qanunvericiliyini pozan, qaydalara riayət etməyən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Ukrayna qanunvericiliyi qarşısında məsuliyyət daşıyacaqlar, onlar işğala dəstək verən şəxs kimi tanınacaqlar və bu vəziyyət həmin şəxslərə qarşı beynəlxalq sanksiyaların tətbiqinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti