...

Avropa İttifaqı Şurası Azərbaycanın Aİ proqramlarında iştirakının təmini ilə bağlı qərar qəbul edib

Siyasət Materials 15 Aprel 2014 12:01 (UTC +04:00)
təşkilatın proqramlarında iştirakı ilə bağlı bir sıra qərar qəbul edilib.
Avropa İttifaqı Şurası Azərbaycanın Aİ proqramlarında iştirakının təmini ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir S.Əhmədova/

Avropa İttifaqı (Aİ) Şurasının Lüksemburqda keçirilən növbəti iclasında Azərbaycanın təşkilatın proqramlarında iştirakı ilə bağlı bir sıra qərarlar qəbul edilib. Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verib.

İclasda Azərbaycanın Avropa İttifaqının proqramlarında iştirakını təmin etmək üçün İttifaqın Şurası Aİ və Azərbaycan arasında ümumi prinsiplərə dair Çərçivə Sazisi üzrə Aİ-Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq sazişinə əlavə protokolun imzalanması, onun müvəqqəti tətbiqi və yekunlaşdırılması barədə qərarlar verib.

Ətrafında danışıqlar aparılan mətndə nəzərdə tutulur ki, tərəflər bu protokol imzalandığı tarixdən onun müddəalarını müvəqqəti olaraq tətbiq edəcəklər. Protokolun yaxın gələcəkdə imzalanması planlaşdırılıb. Protokol Horizon 2020, COSME və ya Gömrük kimi Aİ-nın bir sıra konkret siyasət və proqramları çərçivəsində Aİ ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa yol açır.

Cinayətkarlıq və terrorizmə qarşı mübarizə, mülki müdafiə, eləcə də media, mədəniyyət və gənclərin mübadiləsi sahəsində proqramlar baxımından əlavə imkanlar da təklif ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti