Azərbaycan, Bakı, 17 aprel / Trend, müxbir R.Hafizoğlu /
Yunanıstan "İnqilabi xalq azadlıq partiyası-cəbhəsi" (DHKP-C) terror təşkilatının üzvlərindən birinin Türkiyəyə ekstradisiyasından imtina edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin Anadolu agentliyi xəbər yayıb.
Türkiyə bir il əvvəl Afinada saxlanılan DHKP-C üzvü Fevzi Tekinin ekstradisiyası xahişi ilə Yunanıstana müraciət edib.
"İnqilabi xalq azadlıq partiyası-cəbhəsi" (DHKP-C) terror təşkilatı ötən il Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilmiş terror aktının təşkilatçısıdır. Terror aktı nəticəsində 46 nəfər həlak olmuş, 155 nəfər isə xəsarət almışdı.