...

Azərbaycan və İsrail regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Siyasət Materials 2 May 2014 13:31 (UTC +04:00)
Görüşdə İsrail dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.
Azərbaycan və İsrail regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti