...

Abdullah Gül Gürcüstana səfəri zamanı Cənubi Qafqazda stabillik məsələsini müzakirə edəcək

Siyasət Materials 5 May 2014 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir R.Hafizoğlu/

Gürcüstan səfəri zamanı Cənubi Qafqazda stabillik məsələsi müzakirə ediləcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Dövlət başçısı qeyd edib ki, səfəri zamanı Cənubi Qafqazda stabilliklə yanaşı, regional təhlükəsizlik və iqtisadi məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti