...

Hadı Rəcəbli: Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır

Siyasət Materials 13 May 2014 13:12 (UTC +04:00)
"Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır. Cəmiyyətin idarə olunmasında dinin rolu və yeri çox böyükdür".
Hadı Rəcəbli: Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

"Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır. Cəmiyyətin idarə olunmasında dinin rolu və yeri çox böyükdür". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün keçirilən təkmilləşdirmə kursunun açılışında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Millət vəkilinin fikrincə, bu məsələdən danışılanda heç kim biganə qalmamalıdır: "Din dövlətdən ayrıdır deyib biz tamam dindən kənarda qalsaq, düz olmaz. Bunun fəsadlarını dünya görür. Buna örnək, ulu öndərimiz Heydər Əliyev o zaman cavan şeyx olan Allahşükür Paşazadə ilə dostluq edirdi. Bu dostluğun içində çox şeylər var idi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev həmin ənənəni davam etdirir".

H.Rəcəbli din xadimlərinin vahid geyimdə olması məsələsinə də toxunub: "İş təkcə geyim formasının olması ilə bitmir. Mən də formanın tərəfdarıyam. Bu forma məzmunla da tamamlanmalıdır. Məzmunsuz forma heç kimə lazım deyil".

Onun fikrincə, dünyada bir çox münaqişələr dini və təriqət ayrı-seçkiliyi zəminində yaranır. Bu, dünyanın siyasi texnologiyalarında geniş istifadə olunan metodlardan biridir. Ona görə də bu baxımdan din xadimlərinin maarifləndirilməsi və təkmilləşdiriməsi önəmlidir.

Millət vəkili qadın məclislərini idarə şəxslərin də ciddi təkmilləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb: "Qadın məclislərini mərsiyəxan kimi qadınlar idarə edirlər. Orada nə qədər nöqsanlar və problemlər var. Hər bir din xadimi öz ərazisində olan qadın mərsiyəxanlarla iş aparmalı, eyni zamanda bu qrup adamlar keçirilən belə seminarala cəlb edilməlidir".

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə də bu məsələyə diqqət yönəldiləcəyini açıqlayıb: "Böyük bacım kənddə yaşayır, orucluqda kəndə getmişdim. Gördüm ki, bir çaynik aparır. Dedim orucluqda niyə çay aparırsan? Dedi ki, mərsiyə oxuyan belə istəyir. Biz bu məsələyə gələcəkdə diqqət yetirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti