...

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının Bəyannaməsində Azərbaycan üçün önəmli müddəalar əksini tapıb

Siyasət Materials 21 May 2014 12:33 (UTC +04:00)
Mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul edilib. Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd salınıb.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının Bəyannaməsində Azərbaycan üçün önəmli müddəalar əksini tapıb

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul edilib. Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd salınıb.

Bəyannamənin 3.5-ci bəndində deyilir: "Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq"

Bəyannamənin 1.3-cü bəndində isə deyilir: "Biz təsdiq edirik ki, heç bir dövlət digər dövlətlərin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcəkdir. BMT Nizamnaməsinə əsasən BMT Təhlükəsizlik Şurasının əsas öhdəliyinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması olduğunu nəzərə alaraq vurğulayırıq ki, sülhün və sabitliyin qorunması üçün heç bir dövlətin, dövlətlər qrupunun və ya təşkilatın müstəsna məsuliyyəti ola bilməz".

Sənədin 1.4-cü bəndində bildirilir: "BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən biz bir daha bir-birimizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət etdiyimizi, BMT-nin Nizamnaməsində əks olunmuş prinsip və məqsədlərlə ziddiyyət təşkil edən, beynəlxalq münasibətlərdə istənilən dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyəcəyimizi; münaqişələri sülh yolu ilə həll etməyi; dövlətlərin daxili işlərinə müdaxilə etməməyi; legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətləri dəstəkləməməyi; BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsasən insanların bərabər hüquqlarına və öz müqəddəratını təyin etməsinə hörmət etməyi; irqi, cinsi, dil və dini zəmində hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyi; iqtisadi, sosial, mədəni və humanitar xarakter daşıyan beynəlxalq problemlərin həllində beynəlxalq səviyyədə əməkdaşlıq etməyi təsdiq edirik. Biz, həmçinin beynəlxalq münasibətlərdə ikitərəfli standartların tətbiqindən imtina edirik".

Bəyannamənin 2.4-cü bəndində deyilir: "Biz separatizmin və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhlükə olduğunu vurğulayırıq. Biz digər üzv dövlətin ərazisində istənilən separatçı hərəkatları və qurumları dəstəkləməyəcəyik. Biz, həmçinin qətiyyətlə bildiririk ki, ərazilərimiz hər hansı separatçı hərəkatlar və qurumlar tərəfindən istifadə olunmayacaqdır. Biz separatçılarla istənilən növ münasibət və ünsiyyət yaratmayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti