...

Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 May 2014 21:09 (UTC +04:00)
Dünyanın bir sıra dövlətlərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 15:39-da yayılıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Dünyanın bir sıra dövlətlərinin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin təbrik məktubunda deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyur, qarşıdakı ildə Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edirəm".

XXX

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukun azərbaycanlı həmkarına ünvanladığı təbrikdə bildirilir ki, Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Azərbaycanın beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir: "Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın "Cənub" qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil etmişdir. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.

Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm".

XXX

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud da Prezident İlham Əliyevi təbrik edib: "Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".

XXX

Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Prezidentini Respublika Günü münasibətilə Sloveniya xalqı və şəxsən öz adından təbrik edib: "Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini xüsusi vurğulamaq istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.

Əminəm ki, Sloveniya ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda regionda və onun xaricində sülh, anlaşma və sabitlik maraqlarına xidmət edəcəkdir".

XXX

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və Koreya Respublikasının Prezidenti xanım Pak Kın He də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayaraq xoş arzularını çatdırıblar.

XXX

İsveçin Kralı Karl Qustavdan: "Möhtərəm Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

XXX

Niderlandın Kralı Villem-Aleksandrdan: "Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm".

XXX

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan: "Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçdən: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin xalqlarımızın və beynəlxalq ictimaiyyətin ümumi rifahı üçün bundan sonra da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Zati-aliləri, Sizə xoşbəxtlik diləyir, dost Azərbaycan xalqına rifah arzularımı və yüksək ehtiramımı çatdırıram".

XXX

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səuddan: "Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

XXX

İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əlidən: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, İslam İnkişaf Bankı Qrupunun üzv dövlətlər arasında davamlı tərəqqi üçün əməkdaşlıq ruhunu təşviq etmək yönündəki səylərinə Azərbaycanın verdiyi dəyərli dəstəkdən qürur hissi keçirdiyimi bildirmək istəyirəm.

Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu Azərbaycanın sosial-iqtisadi inkişafına və quruma üzv ölkələrlə əməkdaşlığı gücləndirməyə dəstəyini davam etdirəcəkdir.

Möhtərəm Prezident, Sizə ən yüksək ehtiramımı çatdırıram".

XXX

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənidən: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə, qardaş Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və arzularımızı çatdırıram.

Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatının öz məqsədlərini yerinə yetirməsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirir və qardaş Azərbaycan xalqına Sizin ali rəhbərliyiniz altında davamlı inkişaf və rifah arzu edirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncıdan: "Hörmətli Prezidentim,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan ən xoş arzularımı bildirirəm.

Türk dövlətləri arasında uzun illərdir davam edən birliyin geniş əməkdaşlığa çevrilməsini hədəfləyən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünya ölkələri arasında nüfuzu ilbəil artmaqda olan Azərbaycanın da böyük dəstəyi ilə hədəflədiyi yolda özünü daha güclü hiss etməkdədir.

Zati-alinizin liderliyi ilə inkişaf edən Azərbaycanın əlamətdar bayramını təbrik edir, bütün Azərbaycan xalqına rifah, cansağlığı və xoşbəxtlik diləyirəm".

XXX

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən: "Hörmətli İlham Heydər oğlu! Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq münasibətləri Qazaxıstan və Azərbaycan xalqlarının rifahı naminə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinin etibarlı təməli kimi bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, xoşbəxtlik və rifah diləyirəm".

XXX

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan: "28 May - Respublika Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dəstəyini, diqqət və qayğısını daim hiss etdiyimiz Zati-alinizin müdrik rəhbərliyi sayəsində Azərbaycan Respublikası bütün sahələrdə inkişaf edərək dünyanın siyasi və mədəni həyatında özünəməxsus dəst-xətti ilə yeni uğurlar qazanmaqdadır.

Əminəm ki, zəngin Azərbaycan mədəniyyəti və incəsənəti bundan sonra da TÜRKSOY tərəfindən təşkil olunacaq mötəbər beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edəcək və dünya mədəniyyətinin inkişafına töhfələrini verəcəkdir.

Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bu duyğularla bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin ehtiramımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti