...

Zakir Həsənov Gürcüstanın "Krtsanisi" Tədris Mərkəzində olub

Siyasət Materials 30 May 2014 11:48 (UTC +04:00)
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə Nazirliyinin "Krtsanisi" Milli Tədris Mərkəzinə baş çəkib.
Zakir Həsənov Gürcüstanın "Krtsanisi" Tədris Mərkəzində olub

Gürcüstan, Tbilisi, 30 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə Nazirliyinin "Krtsanisi" Milli Tədris Mərkəzinə baş çəkib.

Gürcüstanın Müdafiə Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, naziri mərkəzin fəaliyyəti ilə tanış olub.

Zakir Həsənov daha sonra Artilleriya Məktəbində və simulyasiya mərkəzində olub.

"Delta" Elmi-Texniki Mərkəzi Azərbaycanın nümayəndə heyəti üçün Gürcüstanın istehsalı etdiyi hərbi texnikanın sərgisini təşkil edib.

Daha sonra Zakir Həsənov və onu müşayiət edən şəxslər Marneuli aviasiya briqadasının bazasında azərbaycanlı hərbi qulluqçularla görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti