...

Oqtay Əsədov: Cənubi Qafqazda münaqişələri aradan qaldırmaq üçün ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır

Siyasət Materials 16 İyun 2014 10:43 (UTC +04:00)
Cənubi Qafqazda mövcud olan münaqişələri, çağırışları aradan qaldırmaq üçün ilk növbədə qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır.
Oqtay Əsədov: Cənubi Qafqazda münaqişələri aradan qaldırmaq üçün ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlkin İzzət/

Cənubi Qafqazda mövcud olan münaqişələri, çağırışları aradan qaldırmaq üçün ilk növbədə qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır.

Trend xəbər verir ki, Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

Bu seminarın Cənubi Qafqazdakı mövcud problemlərin həllinə öz təsirini göstərəcəyinə ümid etdiyini deyən parlament sədri Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edildiyi və nəticədə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşdüyü barədə də məlumat verib. Beynəlxalq təşkilatların, o cümlədən BMT TŞ, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycan ərazilərinin boşaldılmasını tələb edən qətnamələr qəbul etdiyini xatırladan O.Əsədov NATO-nun zirvə görüşlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı mövqe nümayiş olunduğunu deyib: "Biz ümumən Avro-Atlantik məkanda sülh və təhlükəsizliyin qorunmasında, münaqişələrin aradan qaldırılmasında əməkdaşlığa hazırıq".

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etdiyini, NATO-nun müxtəlif tədbirlərində, o cümlədən sülhü dəstəkləmə əməliyyatlarında fəal iştirak etdiyini deyən spiker qeyd edib ki, Azərbaycan bu alyansla möhkəm əməkdaşlığın tərəfdarıdır. O, həmçinin hazırda Azərbaycanın enerji təhlükəsizliyi məsələsində də Avropanın sıx tərəfdaşı olduğunu vurğulayıb.

Sonda parlament sədri seminar iştirakçılarında İraqda terrorçular tərəfindən Türkiyə diplomatlarının girov götürülməsinə də münasibət bildirilməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti