...

Əhməd Davudoğlu: İraqda vətəndaş müharibəsi gedir

Siyasət Materials 21 İyun 2014 11:35 (UTC +04:00)
İraqda vətəndaş müharibəsi gedir.
Əhməd Davudoğlu: İraqda vətəndaş müharibəsi gedir

Azərbaycan, Bakı, 21 iyun/Trend, müxbir Rufiz Hafizoğlu/

İraqda vətəndaş müharibəsi gedir. Trend-in şənbə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, hazırda İraqdakı vəziyyət Türkiyəyə heç cür təsir edə bilməz: "Bütün ölkələr terrorçulara qarşı bir-birini məlumatlandırmaqla mübarizə aparmalıdır".

Qeyd edək ki. "İraq və Şam İslam Dövləti" qruplaşmasının silahlıları iyunun 10-da ölkənin Mosul şəhərini, ardından sonra bir sıra yaşayış məntəqələrini, o cümlədən Tikrit şəhərini ələ keçirmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti