...

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 28 İyun 2014 15:51 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümidvar olduqlarını bildirdilər.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti